“VAZ dairəsi”ni əvəz edən döngə istifadəyə verildi - FOTO

 12:24 31.10.2022     347

Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-də, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılıb.

Redaktor.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, ərazidə zəruri yol nişanları quraşdırılaraq, üfiqi nişanlanma xətləri çəkilərək yeni geri dönmə sürücülərin istifadəsinə verilib.

Qeyd edək ki, bir müddət əvvəl “VAZ dairəsi”nin bağlanması bu istiqamətdə hərəkət edən insanların yolunun təxminən 6 kilometr uzanmasına səbəb olmuşdu və hərəkətin təşkilində edilmiş dəyişiklik kütləvi narazılıqla qarşılanmışdı.

 



Vumart və Güvən reklamı Vumart Güvən