Tələbələrə müjdə - Yanvar ayından...

 17:02 04.11.2022     1307

21 min müharibə əlili məşğulluq proqramlarına cəlb olunub.

Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2023-c ilin büdcə müzakirələri zaman deyib.

“Tələbə təqaüdləri gələn ilin yanvar ayından 20% artırılacaq. Daha sonra minumum pensiyaların artırılması bizim diqqətimizdədir. Bununla bağlı işlərimiz davam edəcək. Müharibə əlillərinin mənzillə təmin edilməsinə gəldikdə isə 4 min şəxs mənzillə təmin edilib", - deyə Sahil Babayev vurğulayıb.

Nazir çıxışı zamanı müharibə iştirakçılarının işsizlik statusuna da toxunub: "İşsizlik statusu alan hər bir müharibə əlili ilk olaraq müvafiq işlərə dəvət olunur. Bu proqramın davam etdirilməsi üçün işlər görülür".