Bu şəhərlər üzrə pensiyalar ÖDƏNİLDİ

 12:54 05.11.2022     919

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə noyabr ayının pensiyaları qrafikdən əvvəl ödənilib.

Redaktor.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.