Deputat gənc alimlərlə bağlı məsələ qaldırdı

 17:26 11.11.2022     796

“Beyin köçü ilə bağlı bütün dünyada ciddi işlər görülür.”

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

"Azərbaycanda gənc insanlar, savadlı alimlər fürsət tapan kimi ölkəni tərk edirlər. Xüsusi ilə informasiya texnologiyaları və tibbi sahəsində olan gənclərimiz lazımı işlər tapa bilməyəndə xaricə üz tuturlar. Mən təklif edirəm ki, ən azından gənc alimlərimizin mənzil şəraiti yaxşılaşdırılsın”,- deyə deputat vurğulayıb

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən