Məcburi köçkünlər “Azəristiliktəchizat”a bu qədər borcludur

 11:48 15.11.2022     392

Bu il noyabrın 1-nə Azərbaycanda qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 489,4 min manat ödənilməmiş borc olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-dən bildirilib.

“Təəssüf ki, bəzi yaşayış binalarında və keçmiş məcburi köçkünlər üçün tikilib istifadəyə verilmiş çoxmənzilli yaşayış komplekslərində ödəniş səviyyəsi ürəkaçan deyil. Məsələn, sözügedən rəqəmlər Nəsimi rayonu, Topçubaşov küçəsi, 23a ünvanında 20,7 %, Xətai rayonu, Telnov (Lütfizadə) küçəsi, 7 ünvanında 19 %, Sabunçu rayonu, 4094-cü məhəllə, bina 6 ünvanında 5,4 % Suraxanı rayonu, Hafis Quliyev küçəsi, 22 ünvanında 10,1 %, Yasamal rayonu, Parlament prospekti, 1 ünvanında 11,6 % Yasamal rayonu, Zahid Xəlil küçəsi, 17 ünvanında 17,8 %-dir”, - məlumatda qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən