Bakıda 9 nömrəli avtobuslar niyə gecikir?

 16:59 15.11.2022     844

Redaksiyamıza 9 nömrəli marşrut xətti üzrə avtobuslar arası intervalların 15, bəzən də 20 dəqiqə olduğu barədə şikayətlər daxil olub.  

Sözügedən ictimai nəqliyyatdan gündəlik istifadə edən Həmidə İbrahimovanın sözlərinə görə, son dayanacaqda (red. Nərimanov metrosu) bir neçə avtobus olmasına baxmayaraq, sürücülər 10 dəqiqədən artıq interval ilə hərəkət edirlər:

“Sürücüyə etiraz etdikdə isə deyir ki, vaxta var hələ. 15 dəqiqə interval olar? Bilmirik daha dərdimizi kimə deyək. Gecikmə de elə buna görə yaranır. Soyuqda, yağışda islana-islana qalırıq küçələrdə”, - deyə o qeyd etdi.

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev Redaktor.az-a bildirdi ki, 9 saylı müntəzəm marşrut xətti üzrə avtobuslar arası interval 10 dəqiqə müəyyən edilib.

“Lakin günün müəyyən saatlarında, eləcə də yağıntılı hava şəraiti müşahidə edildikdə yollardakı sıxlıq və tıxaclar interval pozulmasına səbəb olur. Xüsusilə də 9 saylı müntəzəm marşrut xəttinin keçdiyi 20 Yanvar dairəsi ətrafı, 3-cü mikrorayon dairəsi və ətrafı, Memar Əcəmi metro stansiyası, Alı Mustafayev və Abdulvahab Salamzadə küçələrinin kəsişməsi və Əhməd Rəcəbli küçələri istiqamətində güclü tıxaclar baş verir ki, bu də xəttin müntəzəmliyinə mane olmaqla gecikmə hallarının baş verməsinə səbəb olur”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən