Siyavuş Novruzovdan veteranlarla bağlı vacib TƏKLİF

 18:22 17.11.2022     399

"Müharibə veteranlarının müavinətləri artırılmalıdır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin komitə sədri Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında gələn ilin büdcəsinin müzakirəsi zamanı bildirib.

Deputat hesab edir ki, müharibə veteranlarına verilən 80 manat qiymətlərin artması fonunda adekvat deyil:

"Müavinətlər ona görə təyin edilmişdi ki, müharibə veteranları kommunal, nəqliyyat xərclərini təmin etsin. Bu gün nəqliyyat, kommunal xərclər də artıb. Amma müharibə veteranlarına verilən müavinətlər qalxmayıb. Bu məsələyə baxmaq lazımdır”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən