AAYDA-nin balansında olan və olmayan yollar AÇIQLANDI

 13:55 18.11.2022     415

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olan və olmayan yollar açıqlanıb.

Bu barədə Redaktor.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

AAYDA-nın balansında olan avtomobil yolları, prospekt və küçələr:

- 17 755 km magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları;
- 1 632 km Bakı şəhərinin əsas küçə və prospektləri.

AAYDA-nın balansında olmayan yollar, prospekt və küçələr:
- Bakı şəhərinin qəsəbədaxili küçə və yolları ( bəzi mərkəzi küçələr istisna olmaqla);
- Respublikanın şəhər və rayon mərkəzlərinin bütün prospekt və küçələri (Bakı şəhəri istisna olmaqla);
- Kənddaxili bütün küçə və yollar.

Qeyd edilib ki, yuxarıda sadalanan prospekt, küçə və yollar yerli icra strukturlarının (icra hakimiyyəti və ya bələdiyyə) balansındadır.

22
Vumart və Güvən reklamı Vumart Güvən