Bu mağazalar istehlakçıları aldatmaq uğrunda yarışırlar - Eyyub Hüseynov AÇIQLADI
“Son beş ildə bizə edilən ən çox istehlakçı şikayətləri texniki avadanlıqlarla bağlıdır”.
Bunu Redaktor.az-a Azad İstelkaçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
“Ən çox müraciət mobil telefonlar, paltaryuyan maşınlar, kompüter kimi texniki avadanlıqlara bağlı olur. Son beş ildə əsasən bunlarla bağlı şikayət olunur. Sanki bu malları satanlar bir-birlərilə istehlakçıları aldatmaq uğrunda yarışırlar. Birinci yerdə "Kontakt Home", ikinci yerdə "Baku Electronics" və ondan sonra o birilər dayanır”,- deyə ekspert qeyd etdi.
Həmidə İbrahimova












