Bu il doğulan əkiz, üçəm və dördəmlərin sayı BİLİNDİ

 16:03 22.11.2022     420

2022-ci ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 93612 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,1-dən 12,4-ə qədər artıb.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olub. Körpələrdən 2630-u əkiz, 117-si üçəm, 8-i isə dördəm doğulub.

Xatırladaq ki, ötən gün Gəncə Regional Perinatal Mərkəzdə 30 yaşlı Günel Məmmədova hamilələyin 31-ci həftəsində üç qız övladı dünyaya gətirib.

Həmidə İbrahimova