Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat pulsuz olsun - Deputat

 12:00 29.11.2022     598

"Azərbaycanda müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə heç olmasa 2 dəfə pulsuz olmalıdır".

Redaktor.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxış edib.

O, hesab edir ki, Bakıda tıxac problemi qismən həll olunması üçün ictimai nəqliyyatda avtobusların sayı artırılmalıdır.

“Biz payız tətilində gördük ki, Əhmədlidən paytaxtın mərkəzinə 15 dəqiqəyə gəlmək olur”, - deyə deputat qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən