Bahar Muradova məişət zorakılıqlarının sayını AÇIQLADI

 10:45 07.12.2022     687

2020-ci ildə məişət zorakılığı ilə bağlı 242, 2021-ci ildə isə 364, bu ilin 11 ayı ərzində isə 435 müraciət komitəyə daxil olub.

Redaktor.az xəbər verir ki, bunu bu gün Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığından zərər çəkmiş həssas qrupdan olan şəxslərin müdafiəsi” mövzusunda konfrasın açılışında deyib.

O qeyd edib ki, bu rəqəmləri illərə görə müqayisə etsək, artım nəzərə çarpır.

“Bu özü özlüyündə insanlara qarşı şiddətin artmasının göstəricisidir. Məişət zorakılığına məruz qalanlar üçün dəstək proqramlarının hazırlanmasına ehtiyac var. Ötən il Dövlət Komitəsi Sosial Xidmətlər Agentliyi ilə birgə sosial xidmət müəssisələrində monitorinq aparıb və bir sıra boşluqlar aşkarlanıb”,- deyə o əlavə edib.