Ata və ya ana hansı halda valideynlik hüququndan məhrum edilə bilər?

 10:39 09.12.2022     3706

Hər kəs dünyaya uşaq gətirə bilər, amma hər kəs valideyn ola bilməz. Hər bir valideyn öz uşaqları barəsində bir neçə hüquq və vəzifələrə malikdirlər. Amma bir neçə hallarda valideynlər valideynlik hüquqlarından məhrum edilə bilərlər.

Bəs, ata və ana hansı hallarda valideynnlik hüququndan məhrum edilə bilərlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, bütün bu məsələlər Ailə Məcəlləsində tənzimlənir.

Onun sözlərinə görə, uşağı doğum evindən götürmədikdə, valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlarla amansız davrandıqda, yəni uşaqlara qarşı psixi, fiziki təzyiq göstərdikdə, təzyiq altında saxladıqda valideynlik hüququndan məhrum edilə bilər.

"Əgər valideynlərdən biri və ya hər ikisi xroniki alkoqol, norkomaniya xəstəsidirsə, uşağın özünə və ya anasına qarşı, yaxud atasına qarşı qəsdən cinayət törədirsə, deyək ki, ata ananı döyür və ona bıcaq xəsarəti yetirir, belə olanda ata valideynlik hüququndan məhrum edilə bilər. Çünki məsələn, uşaqlar anaya bağlı idi. Anaya da xəsarət yetirilməsi uşaqların gözü qarşısında baş verib. Belə olanda ata əlbəttə maraqlı şəxsin tələbi ilə valideynlik hüququndan da məhrum olunur. Çünki o uşağa və onun anasına qarşı bu cinayəti törədib. Və ya ana ataya qarşı o hərəkəti edir. Yaxud da qadın norkomaniya xəstəsi olur. Bu hallarda məhkəmə qətnaməsi ilə valideynlik hüququndan məhrum etmək ola bilər. Digər hallarda isə uşaqları cinayətə sövq edirlərsə, diləndirirlərsə, fahişəliyə cəlb edirlərsə, qanunsuz narkotiklərin satışını uşaqların vasitəsilə təşkil edirlərsə, yaxud onlardan öz cinayət məqsədləri üçün istifadə edirlərsə, valideynlikdən məhrum oluna bilərlər. Ya uşaqlarla amansız davranır, qanunsuz həbs edir, onların qidalanmasını təmin etmir, saatlarla, günlərlə ac saxlayır, cəzalandırır, tərbiyə adı altında şiddət göstərir, baxımsız saxlayır. Bütün bunlar hamısı valideynlik hüququndan məhrum etmək üçün əsas olur. Bu da məhkəmə qaydasında həyata keçirilir”, - deyə hüquqşünas bildirdi.

Həmidə İbrahimova