Milli Məclis Qarabağda işləyəcək mütəxəssislərə bağlı qərar qəbul etdi

 12:00 09.12.2022     364

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinətin təyin olunması şərtləri müəyyənləşir.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət - Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə işləmək üçün azı 1 il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda təyin olunacaq.

Bundan başqa şğaldan azad edilən ərazilərində işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq.

Yeni maddəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda Məcəllədə və digər qanunlarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:

- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;

- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;

- Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.

Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Vumart və Güvən reklamı Vumart Güvən