“Azərsu”yun sədr müavini Ağsuda qəbul keçirdi
Bu gün “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Ağsu şəhərində Ağsu, İsmayıllı, Ucar, Şamaxı və Qobustan rayonlarından rayonlarından olan vətəndaşları qəbul edib.
Redaktor.az quruma istinadla xəbər verir ki, qəbulda 17 nəfər iştirak edib.
Vətəndaşların içməli su təchizatı və tullantı sularının axıdılması xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərinin araşdırılaraq zəruri tədbir görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.












