"Xəyanət edənlərin özünəməxsus haqlı saydığı səbəbləri var" - Sosioloq

 16:51 20.12.2022     944

Son dövrlər kişi və qadınların bir-birlərinə xəyanət etməsi barədə məlumatlarla tez-tez rastlaşırıq. Bütün bunlar sonda boşanmaya, əksər hallarda isə qətl hadisələrinə belə gətirib çıxara bilir.

Bəs, xəyanətin son dövürlər artmasına səbəb nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Aynur Hacıyeva bildirdi ki, əvvəllər də xəyanət edənlər var idi.

Onun sözlərinə görə, əvvəllər sadəcə bu qədər geniş informasiya əldə etmək imkanlarımız yox idi.

“Əvvəl daha çox insan tanımaq imkanlarımız yox idi. Xəyanətin azı, çoxu olmur. Sadəcə hər dövrün öz imkanları var. Amma ümumi müşahidələrimizə baxanda son dövürlər xəyanət xəbərləri ilə tez-tez rastlaşırıq və diqqət mərkəzində daha çox kişilər dayanır. Qadınlar xəyanət etmirmi o zaman? Qadınlar da xəyanət edir. Xəyanət edən şəxslərin hər birinin özünə məxsus haqlı saydığı səbəbləri var. Kənardan isə bu səbəblər sadəcə bəhanə kimi görünür, amma səbəb deyil. Xəyanətin artmasına görə də bir səbəb göstərə bilmərik, sadəcə sürətli inkişaf edən ünsiyyət bacarıqlarını, insanların bir-birləri ilə daha sürətli əl çatanlığını xəyanətin yaranmasına bir vasitə kimi göstərə bilərik“, - deyə sosioloq bildirdi.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən