Saleh Məmmədov şikayətlərlə bağlı tapşırıq verdi - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Abşeron rayonunda vətəndaşları qəbul edib.
Redaktor.az quruma istinadən xəbər verir ki, qəbul "Azəryolelmitədqiqatlayihə İnstitutu" MMC-nin inzibati binasında keçirilib.
Qəbulda Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların şikayətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlər görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.