Kirayədə qalanlara ŞAD XƏBƏR - Bu halda dövlətdən əlavə PUL ALACAQLAR

 13:04 26.12.2022     5991

Kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq.

Redaktor.az xəbər verir ki, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün vətəndaş müraciət etməlidir.

“Müraciət zamanı kirayədə qaldığını təsdiq etməlidir. Bu zaman kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq”, - deyə o əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən