Azərbaycanda gənc qızların yaşlı kişilərə ərə getməsinin SƏBƏBLƏRİ

 16:07 29.12.2022     1060

Bəzən cəmiyyətdə rastlaşdığımız hadisələrdən biri də bəzi cavan qızların özlərindən böyük, yaşlı kişilərə ərə getməsidir. Bəziləri bunu normal qarşılasa da, bir qrup insanlar düzgün hesab etmir.

Bəs, niyə gənc qızlar özlərindən yaşlı kişilərə üstünlük verir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, həmişə belə hadisələr olub. 

Onun sözlərinə görə, təkcə indi deyil, əvvəlki dönəmlərdə də belə hadisələrə rast gəlinib:

Postmüharibə dövründə sosial işin verə biləcəyi TÖHFƏLƏR

“Amma məsələ burasındadır ki, indi qızlar kişinin öz həyatını qurmasına, iş şəraitini təmin etməsinə, təminatlı bir vəziyyətdə olmasına önəm verirlər. Yəni ki, ailə idarəetmə bacarığı, qabiliyyəti olsun, uşaq xarakteri olmasın. Mənə elə gəlir ki, daha çox bununla bağlıdır. Artıq kişilərin bəlli bir yaşda xarakteri və ailəni idarəetmə bacarıqları olur. O bacarıqlara, o qabiliyyətə görə məncə, özündən yaşlılara daha çox üstünlük verirlər. Lakin bunun da, yəni yaş intervalının bir həddi var. Aşırı şəkildə əgər yuxarı yaş seçərlərsə, xəyal qırıqlığı yaşaya bilərlər və hesab edirəm ki, bu boşanmalara səbəb ola bilər. Bu fonda bir sıra əlavə çətinliklər yaranır. Məncə, yaş intervalı böyük bir məsafə olmamalıdır və bu, ailə dayanıqlığını təqdir edən faktorlardan biridir. O ki, qaldı həmin seçimə, vurğuladığım kimi, bu, daha çox təminatla bağlıdır. Yəni kişinin bəlli bir yaş dövründə artıq həyat elementlərini təmin edir və təmin etdiyinə görə də qızlar güvənir ki, məhz artıq onun həyatı təminatlıdır və bununla ailə qurmaq olar”.

Mövzu ilə bağlı danışan psixoloq Nərgiz Süleymanlı isə qeyd etdi ki, bu suala cavab "yaxşı və yaxud pis baxırıq№ kimi təqdim edilməsə yaxşı olar:

“Bir neçə psixoloji məqamları vurğulayacam. O da, yəni çoxluğun üstünlük verdiyi məqamlardır. Bu yanaşma tərzi bütün dünyada belədir. Mən Azərbaycandan danışmayacam. Ümumilikdə, belə bir fikir var ki, gənc yaşındakı kişilər hələ tam yetişməmiş insanlardır. Onlarda istər iş baxımından, istər düşüncə tərzlərində müəyyən bir yetkinləşmə getməyib. Bunu birbaşa karyeraya şamil edirlər. Yəni bu yaşda gənclər hələ müəyyən bir dövrdədir. Çalışır ki, bir şeyləri yaratsınlar. Ona görə də, yaşlı kişilər daha cəlbedici olur. Çünki müəyyən bir karyera oturmuş vəziyyətdə olur”.

Psixoloqun fikrincə, xanımlar müəyyən qədər maddi cəhətdən çaba içərisində olan insanla ünsiyyət qurmaq istəmirlər:

“Bir tip xanımlar düşünürlər ki, əgər müəyyən qədər yaşı çoxdursa, artıq işini həll etmiş bir insandır. Üçüncü də, belə bir nüans var ki, deməli, gənc yaşda olan oğlanlar daha çox "play station" tipli oyunlara üstünlük verirlər. Bəzən, bir çox təcrübədə də var ki, bu tərz oyunlar, yarışlar kişilər üçün xanımından belə öndə gəlir. Və onlar düşünürlər ki, əslində yetkin yaşında olan kişinin belə tərz  həvəsləri yoxdur. Onlar tərəfindən olan qayğını istədikləri tərz ala bildiklərinə dair inancları var. Bu da təsir edən səbəblərdən biridir”, - deyə N.Süleymanlı bildirdi.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən