Onlara əlavə 600 manat veriləcək

 09:28 01.01.2023     1264

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə bu gündən ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Redaktor.az xəbər verir ki, bu, daha əvvəl Prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.