Minimum əməkhaqqının artırılması üçün 440 milyon manata yaxın vəsait ayrılacaq
Minimum əməkhaqqının artırılması üçün 440 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin Sərəncamı ilə əlaqədar keçirilən brifinqdə deyib.
O bildirib ki, minimum əməkhaqqı məbləği artırılacaq şəxslərin 440-450 minini dövlət sektorunda çalışanlar təşkil edir.