Ötən ay məişət zorakılığı törədənlərin sayı AÇIQLANDI

 09:36 12.01.2023     1463

Ötən ay məişət zorakılığı törədənlərin 45 nəfəri kişi, 10 nəfəri isə qadın olub.

Bu barədə Redaktor.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin dekabr ayında Dövlət Komitəsinə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib.

Şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.

Belə ki, müraciətlərin 55-i psixoloji, 26-sı isə fiziki zorakılıqla bağlı olub.