Müharibə veteranlarının müavinəti niyə artırılmadı? - AÇIQLAMA

 11:44 13.01.2023     2159

"Müharibə veteranlarına verilən müavinətlərin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq".

Redaktor.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov əməkhaqqıları, müavinət və təqaüdlərin artırılması ilə əlaqədar keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırkı sosial paket daha çox şəhid ailələri və müharibə əlilliyi olan şəxsləri əhatə edir.

Nazir müavini qeyd edib ki, yeni sosial paket yanvarın 1-dən tətbiq olunsa da, hesablanaraq fevralda ödəniləcək.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycanda sosial müavinətlərin məbləğləri müəyyənləşib. Lakin fərmanda müharibə veteranları ilə bağlı bənd yoxdur.