Bugünkü artımlar kimlərə şamil olunub? - İZAHLI İNFOQRAFİKA
Məlum olduğu kimi bu gün Prezident İlham Əliyev bir sıra şəxslərə verilən sosial ödənişləri, eyni zamanda əməkhaqlarını artırıb.
Redaktor.az-ın məlumatına görə, artımlar ümumilikdə 660 min nəfərə şamil olunub. Hesablamalara görə, ümumilikdə 1,9 milyon vətəndaşı əhatə edəcək fərman və sərəncamların icrası üçün illik əlavə 750 milyon manat vəsait xərclənəcək.
Qeyd edək ki, bu, son beş ildə dördüncü sosial islahat paketidir.
Bugünkü artımların kimlərə şamil olunduğu ilə bağlı izahlı infoqrafikanı təqdim edirik: