Pensiyalar 15 faiz artacaq - Komitə sədri

 11:33 23.01.2023     1006

“Pensiya artımı yüz min pensiyaçını əhatə edəcək”.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə hər şey qeyd edilib. Bildirim ki, bununla da pensiya 15 faiz artacaq. Bundan başqa, bizim əsas diqqətimiz şəhid ailələri, həssas qruplara ayrılacaq. Maaş artımı ilə bağlı deyə bilərəm ki, bu ilin sonuna Azərbaycanda orta aylıq əməkhaqlarının 900 manata çatacağı gözlənilir”, - deyə komitə sədri vurğulayıb.