Minimum pensiyadakı artım bu şəxsləri əhatə edəcək - AÇIQLAMA

 13:36 23.01.2023     1487

"Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirə olundu və plenar iclasa tövsiyə edildi. Dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq. Pensiya məbləğindəki artım 2023-cü ildə həyata keçirilən sosial paketin tərkib hissəsidir".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov deyib.

O bildirib ki, minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edəcək:

Şəkilin açıqlaması yoxdur.

"Belə ki, artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə pensiyaya çıxacaqlar. Əvvəllər bu rəqəm 240 manat idi. Digər tərəfdən, 2006-cı il yanvarın 1-dən 2018-ci ilin iyulunadək hətta bir manat pensiya kapitalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni əgər vətəndaşımızın 25 il ştajı yoxdursa və onun yığımları çox deyilsə o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti 3 ili əhatə edəcək. Yeni dəyişiklik eyni zamanda indeksasiya nəticəsində pensiyaları artacaq, amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək. Bütövlükdə, gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək".

"Bu həmçinin orta pensiya məbləğinə də təsir edəcək. Orta pensiyada da artım olacaq", - deputat vurğulayıb.

Tunar Altunbay