Dərman qiymətlərinin artımı ailə büdcəsinə zərbə vurur - Deputat

 11:43 24.01.2023     783

Dərman qiymətlərinin artımı ailə büdcəsinə güclü zərbə vurur.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə sədrinin müavini Əli Məsimli bildirib.Deputat Əli Məsimli Prezidentə məktub yazdıƏli Məsimli deyib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində bununla bağlı sanballı sənəd hazırlanıb: “Sənəddə təkliflər var. Keçən dəfə Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəm. Türkiyədən 3,20 manata olan dərmanı dünən - 23 yanvarda 39,40 manata alıblar. Düşünürəm ki, bunun qarşısını Rəqabət Məcələsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”.