Bu analara güzəştlər edilməsi təklif olundu
“Öhdələrində azyaşlı və əlil övladları olan tənha analar var. Onların iş saatı ilə bağlı problemləri var”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Jalə Əhmədova deyib.
O təklif edib ki, iş yerlərində belə analar müəyyən edilib, onlara güzəştlər tətbiq edilsin: “İkinci məsələ autizmli uşaqları olan valideynlərlə bağlıdır. Bu valideynlər işlə təmin olunma zamanı onlara üstünlük verilməsi ilə bağlı güzəştlər istəyir. Bunun qanunvericilikdə öz əksini tapmasını təklif edirəm”.