İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı öldü
![](https://img.redaktor.az/news/2023/02/photo_193643.jpg)
Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusunun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
Redaktor.az İHA-ya istinadən xəbər verir ki, beləliklə, hadisədə ölənlərin sayı 2-yə yüksəlib, yaralıların sayı isə 4 olub.
Xatırladaq ki, hadisə ötən gün baş verib.