"Zəlzələdə valideynlərini itirən uşaqlarımızın ölkə xaricinə övladlığa verilməsindən söhbət gedə bilməz" - Səfirlik
Türkiyənin Bakıdakı səfirliyi zəlzələdə valideynlərini itirən uşaqların ölkə xaricinə övladlığa verilməsi xəbəri ilə bağlı açıqlama yayıb.
Redaktor.az-ın məlumatına görə, səfirlik bu məlumatı qəti şəkildə təkzib edib.
"Ölkəmizdə baş verən zəlzələlərlə bağlı Azərbaycan mətbuatında uşaqlarımız üçün “Azərbaycan vətəndaşları himayədar ailə ola bilər” xəbərləri dərc olunur.
Türkiyə Respublikası Ailə və Sosial Xidmətlər Nazirliyinin aşağıdakı elanı yalnız Türkiyədə yaşayan vətəndaşlarımız üçündür.
Uşaqlarımızın ölkə xaricindən himayədar ailəyə verilməsi və ya övladlığa verilməsindən söhbət gedə bilməz.
İctimaiyyətin nəzərinə hörmətlə elan edilir", - səfirliyin açıqlamasında deyilir.
T.İSMAYIL