Pensiya ödənişləri niyə gecikir? - Nazirlikdən AÇIQLAMA
Ölkə ərazisində fevral ayının pensiyalarının gecikdiyi iddia edilir.
Redaktor.az xəbər verir ki, bu barədə istər cəmiyyətdə, istərsə də, sosial şəbəkələrdə geniş müzakirələr gedir.
Bildirilir ki, ötən ayın və bu ayın pensiya artımının cəm məbləği artıq bazada görünür. Lakin hələ ki, pensiya karta köçürülməyib.
Məsələ ilə bağlı "BAKU.WS"-ə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirib ki, nazirlik pensiya ödənişlərini edib:
Məbləğin karta köçürülməsi isə bank prosedurudur.
Ehtimal edilir ki, yaxın saatlarda pensiyalar tam ödəniləcək.