Bu ərazilərdə pensiyalar artımla ödənildi

 11:02 14.02.2023     8132

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

Bu barədə Redaktor.az-a nazirlikdən xəbər verilib.

Pensiyaların minimum məbləği 1 fevral 2023-cü il tarixindən 240 manatdan 280 manata çatdırılıb. Həmçinin bütün növ pensiyaların 1 yanvar 2023-cü il tarixindən 14,7% indeksləşdirilərək artırılması təmin edilib.

Fevral ayının pensiyaları yeni artımlarla verilib. Həmçinin indeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunub.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da yeni artımlarla birgə ödəniləcək.