Bu rayonların qazı KƏSİLƏCƏK

 20:30 15.02.2023     570

“Qaz İxrac” İdarəsinə məxsus  “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq planlı təmir işləri ilə əlaqədar, 16.02.2023-cü il tarixdə saat 09:30-dan etibarən təmir işləri başa çatanadək “Saatlı Əlillər evi”, “Otuzikilər”,  “Qaracalar”, “İmişli 1 və 2”(Əhali)", həmçinin  “İmişli Şəkər Zavodu 1-ci xətt və 2-ci xətt” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən xəbər verilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə İmişli rayonunun tam olaraq, Saatlı rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.