Tibb işçilərinə ödənilən əlavələrin həcmi açıqlandı - CƏDVƏL
2022-ci il üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq may-dekabr ayları üzrə təxminən 1.7 milyon manatdan artıq yaxın, qeyri-tibb işçilərinə isə 233 min manata yaxın müddətli əlavə ödənilib.
Bu barədə Redaktor.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) məlumat verilib.
Qeyd olunub ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən dekabr ayı üzrə müddətli əlavənin ödənilməsi davam edir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2023-cü il tarixli 19 nömrəli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2023-cü il martın 1-dək uzadılıb.
Tibb və qeyri-tibb tibb işçilərinə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir: