İstehlaka yararsız qida məhsulları məhv edildi
![](https://img.redaktor.az/news/2023/02/photo_195547.jpg)
İstehlaka yararsız qida məhsulları məhv edilib.
Bu barədə Redaktor.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
“Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciəti əsasında, ümumi çəkisi 7,355 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.