Bu restoranda mənşəyi məlum olmayan məhsullar aşkar olundu - FOTO

 11:04 24.02.2023     593

Sumqayıtda restoranda mənşəyi məlum olmayan məhsullar aşkar olunub.

Bu barədə Redaktor.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib kİ, agentlik əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mkr, Niyazi küçəsində fəaliyyət göstərən, fiziki şəxs Ağazadə Cahid Nadir oğluna məxsus “Zəngəzur” restoranında planlı yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, gigiyena tələblərinə əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin ayrıca saxlanması üçün xüsusi yerlərin və ya dolabların təşkil edilmədiyi, həmçinin son istifadə müddəti bitmiş, üzərində markalanması aparılmayan və mənşəyi məlum olmayan müxtəlif növ qida məhsulları aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

22