İrandan gətirilən zay portağalın həcmi 1400 tonu keçdi

 10:20 14.03.2023     961

Bu il İrandan idxal edilən istehlaka yararsız portağal məhsulunun həcmi 1400 tonu keçib.

Bu barədə Redaktor.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində İrandan idxal edilən portağal məhsulu partiyalarına fitosanitar baxış keçirilib, müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Sınaq protokolları nəticəsində idxal olunmuş ümumilikdə 1438 tondan artıq 72 portağal məhsulu partiyasında (2023-cü ilin 1 yanvar-10 mart tarixlərində) karantin tətbiq edilən zərərli orqanizm - sitrus tristeza virusu (“citrus tristeza virus”) aşkarlanıb. Bu barədə İranın Milli Bitki Mühafizəsi Təşkilatına bildirişlər göndərilib və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə agentliyə məlumat verilməsi bildirilib.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq, qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsinə dair qərarlar qəbul edilib.

Bu ilin 1 yanvar-10 mart tarixlərində İrandan portağal məhsulları idxal edən və uyğunsuzluq aşkarlanan şirkətlərin adları aşağıdakı kimidir:

  1. "Amotrade" MMC

  2. "Fruit Logistik" MMC

  3. "Senergy Az" MMC

  4. "South Potato" MMC

  5. "Əkinçi-10 2021" MMC

  6. "Əli 1" MMC

  7. "Limon Comp" MMC

  8. "Albalı A Fruit" MMC

  9. "Dry Fruits" MMC

  10. "Ballı Store N" MMC

  11. F/Ş Sadıqov İqbal Sayad oğlu

  12. "Narnumru" MMC

  13. "Frukt.is" MMC

  14. "Best Supply Company" MMC

  15. F/Ş Hüseynov Şahverən Hüseynqulu oğlu

  16. "Bilal Fruit" MMC

  17. "Frut-ZV" MMC