“Azəristiliktəchizat" məcburi köçkünlərdən narazıdır

 15:28 03.04.2023     751

Azərbaycanın məcburi köçkün şəhərciklərində istilik xidmətinə görə yığım səviyyəsi ölkə üzrə orta göstəricidən aşağı olaraq qalır.

Redaktor.az xəbər verir ki, bunu açıqlamasında “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

"Bu gün istilik xidmətinə görə orta yığım 88-90 % civarındadır. Bizim birbaşa kəsim imkanlarımızın olmamasını nəzərə alaraq deyə bilərəm ki, yığım qənaətbəxşdir. Yığım faizinin əhali üzrə aşağı olmasına təsir göstərən yeganə amil məcburi köçkün şəhərciklərində yaşayan vətəndaşlarımızdır. Yəni onlarda ödəniş səviyyəsi çox aşağı - 40-45 %-dir ki, bu da ümumi yığıma mənfi təsir edir”, - deyə o qeyd edib.