"Əhalinin gəlirləri 15% artıb" - Statistika Komitəsi
![](https://img.redaktor.az/news/2023/04/photo_200457.jpg)
Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 18 milyard 479,9 milyon manat olub.
Redaktor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14,4 % artaraq 1 824 manata çatıb.