"Azəriqaz" Ağdam sahibkarları üçün "Açıq mikrofon" quracaq
![](https://img.redaktor.az/news/2023/04/photo_200480.jpg?v=MDE6MjIyMDIzLTA0LTE3IDE3OjA4OjI5)
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz"ın yaydığı məlumatda deyilir.
Bildirilib ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Ağdam rayonu, Mədəniyyət Evinin qarşısında baş tutacaq.
“Səyyar qəbul otağı” aprel ayının 19-da saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.