Himayədar valideynlərin hüquq və vəzifələri dəyişir

 16:35 27.04.2023     1422

Himayədar valideynlərin hüquq və vəzifələri dəyişir.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Bunlar aşağıdakı kimidir:

- uşağın saxlanılmasına görə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən aylıq və birdəfəlik müavinəti almaq;

- uşağın mənafeyinə zidd olan hallar istisna olmaqla, uşaq haqqında tam və dolğun məlumat almaq;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tövsiyələrini və uşağın fikrini nəzərə almaqla, onun tərbiyə üsullarını sərbəst müəyyənləşdirmək;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) müqavilə üzrə öhdəliklərinin tam və vaxtında icrasını tələb etmək;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla, onun ümumi orta təhsil alması üçün təhsil müəssisəsini seçmək.

- Himayədar valideynin (valideynlərin) aşağıdakı vəzifələri vardır:

- mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə iştirak etmək;

- uşağı tərbiyə etmək, onun fiziki və psixi, mənəvi və əxlaqi inkişafının, sağlamlığının qeydinə qalmaq, uşağa ailə mühitində qayğı və nəzarəti təmin etmək;

- uşağın himayədar ailədə qaldığı müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) məsul sosial işçiləri tərəfindən monitorinqlərin aparılması üçün zəruri şərait yaratmaq, uşaqla bağlı hazırlanmış fərdi inkişaf planlarının uğurlu icrası üçün əməkdaşlıq etmək;

- uşaqla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara getmək zərurəti yarandıqda (şəxsi, ailə, istirahət, müalicə, təhsil) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığını almaq;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə uşağın öz ailəsi və qohumları ilə ünsiyyətinə şərait yaratmaq;

- himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmək və təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmək;

- himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinəti təyinatı üzrə istifadə etmədikdə müavinətin məbləğini geri qaytarmaq.