Bu rayonun fermerləri kartof ixracında problemlə üzləşiblər

 14:34 04.05.2023     941

Cəlilabad rayonunda fermerlər kartof ixracında yaranmış problemlə üzləşiblər.

Redaktor.az xəbər verir ki, bu məqsədlə fermerlərlə görüş keçirilib.

Görüşdə rayon icra başçının müavini, Azərbaycan Dəmir Yolları QSC-nin Cəlilabad stansiyasının rəisi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Kordinatorluğu, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 6 saylı Regional bölməsinin müdiri və Rayon Suvarma Sistemləri idarəsinin rəisi iştirak edib.

Görüşdə müzakirələr aparılaraq sağlam rəqabət mühitinə müdaxilə edən və süni əngəllər yaradaraq fermerləri maliyyə itkisinə məruz qoyan şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunması barədə qərar qəbul olunub.

Fermerlərə bildirilib ki, onlar hər zaman dövlət qayğısı ilə əhatə ediləcəklər (report).