İstehlaka yararsız 22 ton süd məhsulu məhv edildi

 18:30 18.05.2023     428

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ süd məhsulunu məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 22,164 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.