"Bəzi sahələrdə həkim çatışmazlığını qısa zamanda aradan qaldıracağıq"

 14:21 24.05.2023     787

"Regionlarda yerləşən xəstəxanalarda müəyyən sahələr üzrə həkim çatışmazlığı mövcuddur".

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O söyləyib ki, problemin həlli üçün addımlar atılır: "Həkim və orta tibb işçilərinin işə cəlb olunması ilə bağlı mütəmadi olaraq TƏBİB tərəfindən elanlar verilir. Bəzi sahələrdə həkim çatışmazlığını qısa zamanda aradan qaldıracağıq" (report).

Vumart və Güvən reklamı Vumart Güvən