Şəhid və qazi övladları üçün tibbi aksiya keçiriləcək

 11:13 27.05.2023     737

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə uşaqlar üçün kompleks müayinə aksiyası keçiriləcək.

Azərbaycan Pediatrlar Assosiasiyasından Redaktor.az-a verilən məlumata görə, "Hər bir uşaq, hər bir ana" şüarı altında tibbi aksiya uşaqlarda xəstəliklərin vaxtında və düzgün müəyyən edilməsi, azyaşlılara profilaktik müayinə mədəniyyəti, sağlam həyat tərzinin təbliğinə xidmət və ümumulikdə sosial xarakterli dövlət proqramlarına töhfə vermək məqsədi daşıyır.

Həssas əhali qrupuna aid edilən ailələlərin qayğı ilə əhatələnməsinə xidmət edən bu aksiya şəhid və qazi ailələrindən gənc analar və övladları üçün təşkil olunacaq.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində (ATU Tədris Cərrahiyyə Klinikası və ATU Tədris Terapevtik Klinikası) keçiriləcək aksiyada müxtəlif sahələr üzrə ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən müayinə və ambulator müalicə-profilaktik xidmətlərin göstərilməsi nəzərdə tutulur.

3 gün davam edəcək aksiya çərçivəsində 100 uşaq və 50 anaya ambulator müalicə-profilaktik xidmətlər göstəriləcək.

Aksiyadan yararlanmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz!

Mob: 050-317-47-78 Namik Xəlilov
         051-291-37-85;
         050-322-88-36 Günay Əliyeva