"Qiymətlər hər gün artır, maaş və pensiyalar da artırılmalıdır" - Əli Məsimli

 12:59 02.06.2023     1506

"Biz, illik 6,9 % inflyasiya proqnozlaşdıranda bunun real olmadığını qeyd etmişdik. İndi isə 10,4 % proqnozlaşdırılır, bunun da real olmadığını qeyd edirik".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında - "2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliyin müzakirəsində deputat Əli Məsimli deyib.

"Qiymətlər sürətlə, demək olar ki, hər həftə, hər gün artır. Bu da bir sıra sosial göstəricilərə illik deyil, rüblük baxmağı tələb edir. Gələn ildən illik inflyasiya proqnozu ötəcək. Ona görə də yenidən əməkhaqlarının, pensiyaların və digər ödənişlərin artırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirəm", - deyə o qeyd edib (report).