Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı artıb - STATİSTİKA

 16:44 05.06.2023     338

2022-ci ilin yekunlarına görə ölkəmizdə doğulan uşaqların 15,3 faizi nikahdankənar doğulub. 

Redaktor.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 18 814 olub. 

Bu uşaqların 11 630-u, yəni 61,8 faizi kənd yerlərində, 7 184-ü şəhər yerlərində dünyaya gəlib. 

2021-ci illə müqayisədə nikahdankənar doğulan uşaqların sayında 7 faizdən çox (1 248 uşaq) artım qeydə alınıb. İki il əvvəl 17 566 uşaq nikahdankənar doğulub.

Amma 2015-2019-cu illərlə müqayisədə nikahdankənar doğulan uşaqların sayında ciddi azalma var. Həmin dövrdə hər il 20-21 mindən çox uşaq nikahdankənar doğulurdu (sfera).