Azərbaycan Türkiyədən tütün idxalını kəskin artırdı

 15:43 07.06.2023     364

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 19 milyon 69 min ABŞ dolları dəyərində tütün idxal edib.

Redaktor.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 17,4 dəfə çoxdur.

Təkcə ayda isə Türkiyə Azərbaycana 4 milyon 195 min ABŞ dolları dəyərində tütün ixrac edib ki, bu da illik müqayisədə 10,4 dəfə çoxdur.