Son 2 ildə pensiyaçıların sayı 100 mindən çox azalıb

 17:05 07.06.2023     417

Azərbaycanda son 2 ildə pensiyaçıların sayı 115 min nəfər azalaraq 1,229 milyondan 1,114 milyona düşüb. 

Redaktor.az rəsmi məlumatlara istinadən xəbər verir ki, pensiyaçılar arasında ən çox azalma əlilliyə görə pensiyaya çıxanlarda müşahidə edilib. 

Sağlamlıq qabiliyyətinin itirilməsinə görə pensiya alanların sayı 374 min nəfərdən 273 min nəfərə geriləyib. 

Son 2 ildə yaşa görə pensiya alanların sayı da azalıb. Onların sayı 716 mindən 696 minə düşüb.

Ailə başçısını itirməyə görə pensiya alanların sayı isə artıb. Bu səbəbdən pensiya çıxanların sayı 2 il əvvəl 139 min olduğu halda 2023-cü ilin əvvəlində onların sayı 145 minə yüksəlib (sfera).