Bakıda kirayə evlər ucuzlaşmayacaq - Ekspert açıqladı

 16:27 12.06.2023     581

Bakıda kirayə evlərin bahalığı heç kimə sirr deyil. Artıq universitetlərdə imtahanlar yavaş-yavaş bitdiyi üçün tələbələr rayonlara qayıdır. Bu baxımdan kirayə evlərin qiymətləri aşağı düşə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bir neçə il öncə bazarda bu tendensiya var idi.

“Əvvəllər yay mövsümündə, tələbələrin qayıtması dövründə biz qiymətlərdə azalma müşahidə edirdik. Amma pandemiyadan sonra bu tendensiya demək olar aradan qalxıb. Bunun da bir sıra səbəbləri var. Əsas səbəblərdən biri də odur ki, tədricən kirayə mənzil bazarında ucuz mənzil təklif portfelinin məhdudlaşmasıdır. Bu təklif portfelinin məhdudlaşması və mövsüm zamanı tələbələrin lazım olan, onların tələblərinə cavb verən mənzil, fərdi yaşayış yerlərinin tapmaması ilə əlaqədardır. Onlar bir çox hallarda bu mövsümdə ev sahibləri ilə razılaşırlar və həmin razılaşmaya əsasən, qismən qiymətin aşağı salınması yolu ilə evi özlərində saxlamağa çalışırlar. Belə hallar olduğuna görə artıq biz azalma müşahidə etmirik. Bu tendensiya aradan qalxıb”,- deyə ekspert bildirdi.

Arzu İSMAYIL